Son illər, xüsusilə gənc valideynlər arasında özəl məktəblərə maraq daha da artıb. Əksəriyyəti düşünür ki, özəl məktəblərdə təhsil dövlət məktəblərini qat-qat üstələyir. Əlbəttə, ödənişli məktəblərdə şagirdlərin həm sosiallaşması, həm də təhsili ilə bağlı əlavə imkanlar var. Lakin bəzi özəl məktəblərin əlyandıran qiymətləri bu sualı yaradır: Həqiqətən də bu məbləğə dəyərmi?
Nümunə üçün Bakıda yerləşən bəzi özəl məktəblərin qiymətlərinə nəzər saldıq:
Bakı-Oksford Məktəbində məktəbəqədər siniflər üçün illik təhsil haqqı 9 000 manatdır. Bu rəqəm 1-2-ci siniflər üçün 17 000, 3-5-ci siniflər üçün 17 500, 6-8-ci siniflər üçün 18 000, 9-11/12-ci siniflər üçün 19 000-22 700 manata kimi dəyişir.
“Hədəf” liseyində təhsil haqqı 6000 manatdan başlayır. Bu ödəniş ibtidai təhsil üçün 8 000-8500, orta təhsil üçün 8000-8500, tam orta təhsil üçün isə illik 5000-6000 manat təşkil edir. Qeyd edək ki, bəzi hallarda qiymət tədris bölməsindən və korpusdan asılı olaraq dəyişə bilər.
Övladının Avropa Azərbaycan Məktəbində ibtidai təhsil almasını istəyən valideyn bunun üçün 12 500 manat ödəməlidir. Bu məbləğ 5-9-cu siniflər üçün 14 500, daha yuxarı siniflər üçün isə 17 500 manatdır.
Bakı Beynəlxalq Məktəbində isə qiymətlər valideynləri xeyli təəccübləndirir. Belə ki, məktəbdə təhsil haqları 1-5-ci siniflər üçün illik 44 200, 6-12-ci siniflər üçün isə 45 220 manatdır.
“Landau School”da illik təhsil haqqı ibtidai siniflər üçün 9 200 manat, 5-7-ci siniflər üçün 10 700 manat, 8-9-cu siniflər üçün 11 500 manat, 10-11-ci siniflər üçün isə 11 650-14 400 manat arasında dəyişir.
Əlbəttə, qeyd olunan məbləğlərə bir çox imkanlar, əlavə məşğələlər, nahar daxildir.
Ancaq maraqlıdır ki, özəl məktəblərə artan marağın səbəbi nədir? Görəsən, özəl məktəblərlə dövlət məktəblərinin təhsili arasında fərq bu qiymətlər qədər yüksəkdir?
Təhsil eksperti Elmin Nuri mövzu ilə əlaqədar Oxu.Az-a danışıb.


