Fransadakı iğtişaşlara görə 1800 nəfər saxlanıldı

Fransada baş verən kütləvi iğtişaşlar zamanı saxlanılanların sayı 1800 nəfərə yüksəlib.

Xüsusi.tv “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

O bildirib ki, hazırda hüquqazidd əməllər törədənlərin müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır:

“Yüzlərlə sahibkara dəyən maddi ziyan kifayət qədər böyükdür”.

Nazirin sözlərinə görə, toqquşmalar və iğtişaşlar zamanı 500-dən çox polis, jandarma və yanğınsöndürən xəsarət alıb.