Göygöl-Kəlbəcər yolunda ağır qəza baş verib

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xüsusi.tv məlumatına görə, qəza nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.