Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Xüsusi.tv məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, Davud Məmmədov “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Hacıqabul rayonun ərazisindəki elektrik müəssisəsinin rəis müavini imiş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır

