İspaniya Kral Kubokunun bu gün keçirilməsi planlaşdırılan 24 oyunu ölkədə baş verən ağır qatar qəzası səbəbindən təxirə salınıb.
Xüsusi.tv xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Federasiya qərarı faciə nəticəsində zərər çəkənlərlə həmrəylik və ehtiram əlaməti olaraq qəbul edib. Təxirə salınan qarşılaşmaların yeni tarixləri və başlama saatları barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, İspaniyanın Toledo əyalətində, Urda yaşayış məntəqəsi yaxınlığında iki qatarın toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə ilə bağlı ilkin məlumatlarda çox sayda ölən və yaralananın olduğu bildirilir.



