Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Global.az məlumatına görə, saxlanılan şəxslər arasında tanınmış vəkil Orxan Kəngərlinin də olduğu iddia edilir.
Məsələ ilə bağlı təfərrüatları dəqiqləşdirmək üçün Orxan Kəngərlinin müdafiəçisi ilə əlaqə saxlamağa cəhd göstərilir.
Hadisə ilə bağlı əlavə məlumat əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.
.



