Prezidentin Ağdam və Xocalıya səfəri: Azad torpaqlarda həyat dirçəlir, ədalət bərpa olunur

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub. Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir. Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində Ağdam və Xocalı dirçəlir, canlanır, inkişaf edir”.Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir