“Real Madrid” səfərdə “Barselona”nı məğlub etdi 

İspaniya La Liqasının X turunda “Barselona” və “Real Madrid” futbol komandaları üz-üzə gəliblər.

Xüsusi.tv xəbər verir ki, “Real Madrid” klubu səfərdə “Barselona”nı 1:2 hesabı ilə məğlub edib.

“Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşmada hesabı 41-ci dəqiqədə Kilian Mbappe açıb.

“Barselona”nın futbolçusu Rafinya 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Mbappe isə 88-ci dəqiqədə ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.

İspaniya çempionatında 10 oyundan sonra “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.