Saxta Stomatoloq Təhlükəsi: Yasamalda Diplomuz Şəxs Xidmət Göstərir – İDDİA

39 Baxışlar
1 Min oxuyun

Xüsusi.Tv xəbər portalına daxil olan məlumata görə, “Stomatoloq.Mehemmed” istifadəçi adı ilə sosial şəbəkələrdə tanınan bir şəxsin qeyri-qanuni tibbi fəaliyyət göstərdiyi iddia olunur.Bildirilir ki, adıçəkilən şəxs “Lofdent.az” kimi tanınan və Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında, 28-ci Polis Bölməsi ilə üzbəüz yerləşən stomatoloji məkanda üz-çənə cərrahı və implantoloq kimi fəaliyyət göstərir.Lakin yayılan məlumatlara əsasən, həmin şəxsin stomatoloji fəaliyyət göstərməsi üçün rəsmi diplomu, tibbi təhsili və icazə sənədləri mövcud deyil. Mütəxəssislər bu cür halların vətəndaşların sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayır.Qeyd edək ki, Səhiyyə Nazirliyi son dövrlərdə saxta stomatoloq və kosmetoloqlarla bağlı araşdırmaları gücləndirib. İddialar doğrudursa, bu, təkcə etik və tibbi yox, həm də hüquqi pozuntu kimi qiymətləndirilməlidir.Bu cür fəaliyyətlərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi və prokurorluq orqanlarının dərhal rəsmi şəkildə araşdırmaya başlaması cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir.Xüsusi.Tv olaraq inanırıq ki, dövlətin güc strukturları bu məsələyə biganə qalmayacaq və hüquqi tədbirlər görüləcək.Qarşı tərəfi dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.

Bu məqaləni paylaşın