Xüsusi.Tv xəbər verir ki, özünü tanınmış şəxs kimi təqdim edən Amil adlı bir şəxs A. Abdullayevə və onun yaxınlarına “Gəmiqayırma zavodunda” işə düzəltmək vədi verib. A. Abdullayev bildirir ki, bu şəxs ondan 530 manat pul alıb və ətrafındakı digər tanışları da işə düzəldə biləcəyini deyib.
A. Abdullayevin sözlərinə görə, “Ağdamlı Amil” kimi tanınan bu şəxsin məqsədi vətəndaşların etibarından istifadə edərək maddi qazanc əldə etməkdir. Hadisə ilə bağlı A. Abdullayev 102 Qaynar Xəttə müraciət edib və İmişli Rayon Polis Şöbəsinə rəsmi şikayət ərizəsi təqdim edib.
Qeyd edək ki, A. Abdullayevin qardaşı Vətən Müharibəsində şəhid olub. Buna baxmayaraq, şəhid ailəsinin etibarından sui-istifadə edən şəxslərin varlığı cəmiyyətdə ciddi narahatlıq doğurur.
Vətəndaşlar bu kimi hallarda diqqətli olmalı və belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.