Sumqayıtda su borusu partladı

Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib.

Xüsusi.tv “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.

Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunublar.

Hazırda təmir-bərpa işləri aparılır.