Bakı şəhəri, Nizami rayonunda 19 yaşlı oğlan meyiti tapılıb.
Xüsusi.tv-nin Oxu.Az-a istinadən verdiyi məlumata görə, 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin meyiti yaşadığı mənzildə aşkarlanıb.
Onun elektrik cərəyanı vurması nəticəsində öldüyü bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


