Salyandakı “Hacıoğlu” restoranında ölüm hadisəsi -FOTO

Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən “Hacıoğlu” restoranında ölüm hadisəsi baş verib. 

Xüsusi.Tv xəbər verir ki, 55-60 yaşlı kişi dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili yardım gələnə qədər şəxsin öldüyü məlum olub. 

Onun ölüm səbəbi məlum deyil.