Bakıda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən bəzi yollarda hərəkət təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülüb.
Xüsusi.Tv xəbər verir ki, Zığ dairəsi – Hava Limanı istiqamətində yerləşən yolda bəzi zolaqlar üzrə sürət həddi müvəqqəti olaraq 20 km/saat-a endirilib.
Məlumata görə, dəyişikliklər DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tabloları üzərindən tətbiq edilib. Bununla yanaşı, bütün elektron tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı aktiv edilib.
Dumanlı hava şəraiti görmə məsafəsini ciddi şəkildə azaltdığı üçün sürücülərə daha diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə riayət etmək və təhlükəsizlik qaydalarını gözləmək tövsiyə olunur.
⸻
Bu məqalə Xüsusi.Tv-yə məxsusdur. Mənbə göstərilmədən istifadə edilməsi və Xüsusi.Tv adının silinməsi qadağandır.





