Baku.Es rəhbəri Nicat Sadıqovun doğum günüdür

Bu gün ölkənin aparıcı media qurumlarından biri olan Baku.Es-in rəhbəri Nicat Sadıqovun doğum günüdür.

Xüsusi.Tv rəhbərliyi və kollektivi olaraq Nicat Sadıqovu bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, Baku.Es son illərdə Azərbaycan media məkanında özünəməxsus yer tutaraq geniş oxucu auditoriyası qazanmağı bacarıb. Operativlik, obyektivlik və müasir yanaşma ilə seçilən platforma qısa müddətdə ölkənin ən çox izlənilən xəbər resurslarından birinə çevrilib.

Bu uğurlarda Nicat Sadıqovun rolu xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi altında media qurumu informasiya məkanında etibarlı mənbə kimi formalaşıb və cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini cəlb etməyi bacarıb.

Peşəkarlıq, yenilikçi yanaşma və media sahəsinə verdiyi töhfələrlə seçilən Nicat Sadıqovun fəaliyyəti gənc jurnalistlər üçün də nümunə hesab olunur.

Xüsusi.Tv kollektivi olaraq inanırıq ki, Nicat Sadıqov bundan sonra da Azərbaycan mediasının inkişafına öz dəyərli töhfələrini verməyə davam edəcək.

Bir daha doğum gününüz mübarək, yeni nailiyyətlər və uğurlar arzulayırıq!