Volodimir Zelenski Ukraynanın ABŞ-dəki səfirliyinə rəhbərlik edə biləcək kifayət qədər nüfuza malik şəxs tapmağa çalışsa da, bu cəhdləri hələ ki nəticəsiz qalır.
Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Zelenski sabiq baş nazir Yuliya Sviridenkonu Olqa Stefanişinanın əvəzinə ABŞ-dəki səfir təyin etmək məqsədilə hökumətdə dəyişiklikləri sürətləndirib. Lakin Sviridenkonun bu təklifdən imtina etməsi planları alt-üst edib. Ukraynanın Avropa məsələləri üzrə sabiq baş nazir müavini İvanna Klimpuş-Sintsadzenin sözlərinə görə, lazımi nüfuza sahib olan ukraynalılar boş qalmış diplomatik vəzifəyə şübhə ilə yanaşır və iş şəraitindən çəkinirlər.
Klimpuş-Sintsadzenin izah etdiyi kimi, nəzəri cəhətdən yeni səfir Zelenskinin ən yaxın ətrafından olmalıdır, lakin orada ciddi namizədlər yoxdur. Nəşr ukraynalı diplomatlardan olan mənbənin fikrini belə çatdırıb:
“Sözsüz ki, bu işi istəyən şəxslər var, lakin onların heç biri, əslində, bu posta uyğun deyil. Əvəzləyici tapmaq çətindir”.
Digər xəbərlər

Xamenei gizli şəkildə Rusiyaya aparılıb – İddia
👀 197 İranın yeni Ali Lideri Müctəba Xamenei Rusiya hərbi təyyarələri ilə gizli əməliyyat çərçivəsində Moskvaya aparılıb. Bunu Küveytin “Əl-Cəridə”…

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
👀 97 Uşağa ad seçmək valideynlərin verdiyi ilk və ən uzunmüddətli qərarlardan biridir. Bəzi adlar əsrlərdir populyarlığını itirmir və bir…

KİV: Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirilib
👀 178 Çeçenistanın başçısı Ramzan Kadırov dekabrın 24-dən 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirilib. Xüsusi.Tv bildirir ki, bu barədə…
