Volodimir Zelenski Ukraynanın ABŞ-dəki səfirliyinə rəhbərlik edə biləcək kifayət qədər nüfuza malik şəxs tapmağa çalışsa da, bu cəhdləri hələ ki nəticəsiz qalır.
Bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Zelenski sabiq baş nazir Yuliya Sviridenkonu Olqa Stefanişinanın əvəzinə ABŞ-dəki səfir təyin etmək məqsədilə hökumətdə dəyişiklikləri sürətləndirib. Lakin Sviridenkonun bu təklifdən imtina etməsi planları alt-üst edib. Ukraynanın Avropa məsələləri üzrə sabiq baş nazir müavini İvanna Klimpuş-Sintsadzenin sözlərinə görə, lazımi nüfuza sahib olan ukraynalılar boş qalmış diplomatik vəzifəyə şübhə ilə yanaşır və iş şəraitindən çəkinirlər.
Klimpuş-Sintsadzenin izah etdiyi kimi, nəzəri cəhətdən yeni səfir Zelenskinin ən yaxın ətrafından olmalıdır, lakin orada ciddi namizədlər yoxdur. Nəşr ukraynalı diplomatlardan olan mənbənin fikrini belə çatdırıb:
“Sözsüz ki, bu işi istəyən şəxslər var, lakin onların heç biri, əslində, bu posta uyğun deyil. Əvəzləyici tapmaq çətindir”.
Digər xəbərlər

ABŞ Venesuela neftinin satışına başlayıb
👀 166 ABŞ artıq Venesuela neftini qlobal bazarda satmağa başlayıb. Xüsusi.Tv xəbər verir ki, bu haqda ABŞ Energetika Nazirliyi məlumat…

Fransız stilində cinslərlə kombin edilə biləcək 5 dəri gödəkçə stili (FOTO)
👀 170 Cinslər trençkotlarla gözəl uyğunlaşır, amma fransız qadınları əmindir ki, əsl zərif görünüşü dəri gödəkçə ilə əldə etmək olar.…

Sentyabrda görüşə bilərlər
👀 84 ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə…
