Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən verilən məlumata görə, hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən operativ müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib. Yenidoğulmuşun çəkisi 3,5 kq., boyu 53 sm. olub. Zahı qadın və yenidoğulmuş (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda ana və körpənin vəziyyəti stabildir
Digər xəbərlər

Əməkdar artistin ata həsrəti
👀 199 Əməkdar artist Bəhram Bağırzadə 18 il öncə vəfat edən atasından yazıb. AZXEBER.COM xəbər verir ki, aktyor onu xatırlayaraq,…

Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb
👀 84 İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.08.2026-16.08.2026) məlumat açıqlanıb.…

Rasim Balayevin cənazəsi ölkəyə gətirildi – FOTO
👀 194 İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib. Xüsusi.Tv xəbər verir ki, mərhum…
