Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən verilən məlumata görə, hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən operativ müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib. Yenidoğulmuşun çəkisi 3,5 kq., boyu 53 sm. olub. Zahı qadın və yenidoğulmuş (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda ana və körpənin vəziyyəti stabildir
Digər xəbərlər

“Azercell” yenidən qiymətləri artırdı
👀 100 “Azercell” bir sıra tariflər üzrə qiymətləri artırır. Xüsusi.Tv xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Qərara…

Millət vəkili Goranboyda tələbələri təbrik etdi – Fotolar
👀 85 Goranboy rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirilib. “Xüsusi.Tv” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm…

Müğənni Kəmalə Günəşli və Ofelya Şabanovaya efir qadağası qoyuldu
👀 208 Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, tanınmış müğənnilər Kəmalə Günəşli və Ofelya Şabanova barədə efir məhdudiyyəti tətbiq edilib. Məlumatda…
