Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir.


