“Sovetski”-də söküntü olan ərazidə meyit tapıldı

Bakıda söküntü ərazisindən meyit tapılıb.

Manset.az xəbər verir ki, hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.

“Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

Araşdırma aparılır.