Həkəri çayında 2 ay əvvəl batan şəxsin meyidi tapıldı

İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Xüsusi.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.