Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü “25 əsas nailiyyət”in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, “8 irimiqyaslı müharibənin nizamlanması” bəndinə Bakı ilə İrəvan arasında əlaqələrin normallaşdırılmasını da daxil edib.
Xüsusi.tv xəbər verir ki, ABŞ rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Diqqətçəkən məqam odur ki, Tramp siyahıya yazdığı şərhdə hazırkı müddəti üçüncü prezidentlik dönəmi adlandırıb. Xatırladaq ki, rəsmi olaraq Donald Tramp ABŞ-nin 45-ci və 47-ci prezidentidir, yəni bu vəzifəni ikinci dəfə icra edir. Lakin o, 2020-ci il seçkilərində Co Baydenə məğlubiyyətini hələ də qəbul etmir və bu məntiqə əsaslanaraq hazırkı mandatını üçüncü hesab edir. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyası (1951-ci ildə təsdiqlənmiş 22-ci düzəliş) bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir – Tramp isə bu ifadəni daha çox siyasi gediş kimi işlədir.
“25 əsas nailiyyət”in siyahısına aşağıdakı bəndlər daxil edilib:
1. Ölkə tarixində ən etibarlı qorunan cənub sərhədini təmin edib – iddiaya görə, son 16 ay ərzində ABŞ-yə heç bir qeyri-qanuni miqrant buraxılmayıb.
2. Təhlükəli cinayətkarların – qanunsuz miqrantların ABŞ şəhərlərinin küçələrindən uzaqlaşdırılması üçün Leyken Rayli qanununu imzalayıb.
3. Qətl səviyyəsinin müşahidələr tarixində ən böyük düşüşünə – 1900-cü ildən bəri son 125 ilin ən aşağı göstəricisinə nail olub.
4. Yaşlı amerikalılar üçün bəxşiş, əlavə iş saatları və sosial təminat ödənişlərindən verginin ləğvi də daxil olmaqla, ABŞ tarixində ən böyük vergi endiriminə imza atıb.
5. ABŞ iqtisadiyyatına Çinin illik ÜDM-i ilə müqayisə oluna biləcək məbləğdə – 19.2 trilyon dollar həcmində yeni investisiyaların cəlbi üzrə öhdəlikləri təmin edib.




