Bilgəhdə boğulanlar tələbə imiş

Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə batan şəxslərin kimlikləri məlum olub.

Xüsusi.tv xəbər verir ki, sentyabrın 19-u saat 16 radələrində Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadə suda boğulublar.

Hazırda onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, dənizdə boğulanlar tələbə imişlər.