Prezidentin Sərəncamı ilə əfv edilmiş Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb.
Xüsusi.tv Qafqazinfo-ya istinadən xəbər verir ki, xanım məhkum bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Ədliyyə Nazirliyin Penitensiar xidmətinin rəis müavini general-mayor Oqtay Məmmədov keçmiş məhkuma gələcək həyatında uğurlar arzu edib.Bizi Instagramda izləyin<<
Sonia əfv Sərəncama görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, Sabir Sonia bu gün əfv edilən yeganə qadın məhkumdur. O, quldurluqda təqsirli bilinərək, 8 il həbs cəzasına məhkum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad olunub.


