Beyləqanda qəzada xəsarət alan İran vətəndaşlarının vəziyyəti məlum oldu

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Xüsusi.tv sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən hadisə səbəbi ilə beş nəfər (kişi) sentyabrın 22-də saat 18:00-da Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə Beyləqan rayonunun Sarısu qəsəbəsi ərazisində baş verib. Xəsarət alanların İran İslam Respublikasının vətəndaşları olduğu bildirilib.