Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Xüsusi.tv-nin məlumatına görə, Oktay Qurban oğlu Qasımovun idarə etdiyi “Hyundai” markalı avtomobillə əks istiqamətdən gələn Rahim Məzahir oğlu İbrahimovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü R.İbrahimov hadisə yerində ölüb, “Hyundai” markalı avtomobilin sürücüsü O.Qasımov, avtomobildə olan sərnişinlər – Kamal Mövsüm oğlu Qədirli və Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Fakta bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.




