Nizami rayonunda budanmayan ağaclar sakinlərin həyatına təhlükə yaradır

Bakının Nizami rayonu ərazisində uzun müddətdir budanmayan ağaclar sakinlərin narahatlığına səbəb olub.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə vətəndaş tərəfindən şikayət daxil olub.

Sakin bildirib ki, Məmmədəli Şərəfli küçəsi, 62 ünvanında yerləşən yataqxana binasının ətrafındakı ağaclar uzun müddətdir budanmır. Onun sözlərinə görə, xüsusilə küləkli havalarda sözügedən ağaclar aşaraq ətrafdakı insanlara və tikililərə ciddi ziyan yetirə bilər.

Nizami rayonunda budanmayan ağaclar sakinlərin həyatına təhlükə yaradır - Foto
Nizami rayonunda budanmayan ağaclar sakinlərin həyatına təhlükə yaradır - Foto

“Yataqxana binası hündür ərazidə yerləşdiyindən küləkli hava zamanı ərazidə müxtəlif problemlər yaranır. Bundan əlavə, binanın ətrafındakı hasar da bərbad vəziyyətdədir. nəzərə almaq lazımdır ki, bu yoldan sakinlər gündəlik istifadə edirlər və həm ağacların, həm də hasarın vəziyyəti təhlükə yarada bilər. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, indiyədək problemin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməyib”, – deyə vətəndaş bildirib.

Sakin şikayəti