Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Xüsusi.tv xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.



