Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.
Xüsusi.tv məlumatına görə, oktyabrın 7-i saat 14 radələrində Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sərnişini Saleh Cəlil oğlu Ağasiyev hadisə yerində ölüb, sürücüsü E.Lətifov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

