Murad Fətiyevdən dünya çempionatında növbəti qələbə

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni uğurla davam etdirir.

Xüsusi.tv xəbər verir ki, milli üzvü 1/8 final mərhələsində Estoniya təmsilçisi Klen Kristofer Kalyulayd üzərində qələbə qazanıb.

Bu nəticə ilə 1/4 finala yüksələn M.Fətiyev növbəti görüşündə fransalı Aleksa Mitroviçlə qarşılaşacaq.