Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni uğurla davam etdirir.
Xüsusi.tv xəbər verir ki, milli üzvü 1/8 final mərhələsində Estoniya təmsilçisi Klen Kristofer Kalyulayd üzərində qələbə qazanıb.
Bu nəticə ilə 1/4 finala yüksələn M.Fətiyev növbəti görüşündə fransalı Aleksa Mitroviçlə qarşılaşacaq.




