Bakıya gələn Andrey Arşavin Xalça Muzeyinin qonağı olub 

Məşhur rusiyalı futbolçu Andrey Arşavin Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Xüsusi.tv xəbər verir ki, bu barədə muzeyin direktoru Əminə Məlikova özünün “Instagram” hesabında məlumat paylaşıb.

“Qonağımızı Azərbaycanın zəngin mədəni irsi və bənzərsiz xalçaçılıq sənəti ilə tanış etməkdən məmnunluq duyduq”, – deyə paylaşımda qeyd olunur.

Xatırladaq ki, Londonun “Arsenal” klubunun sabiq oyunçuları – Andrey Arşavin və belaruslu Aleksandr Qleb UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin V turunda Bakı Olimpiya Stadionundan “Sabah” – “Barselona” matçını izləyiblər.