Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilib 

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutub.

Mərasimdə Elmira Şabanovanın ailəsi, yaxınları, sənət yoldaşları və ictimaiyyət nümayəndələri, həmçinin mədəniyyət nazirinin müavini Murad Hüseynov, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov iştirak edib.

Onun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.