Goranboyda bayrağımız niyə dalğalanmır?- Video

8 Baxışlar
1 Min oxuyun

Goranboydan sakinlər şikayət edir:

“Xüsusi.Tv”yə daxil olan məlumata görə rayonun mərkəzində  Heydər Əliyev parkında asılan bayraq uzun zamandır çıxarılb.

Məlumata görə Goranboy rayon sakinləri bildirir ki, uzun müddətədir üç rəngli şanlı bayrağımız  dirəkdən çıxraılıb və yerinə asılmır.  Bu gün 26 iyun Silahlı Qüvvələrinin yaranma günü ölkədə qeyd olunur. Bütün ölkə boyu bayram tədbirləri keçirilir.

Lakin Goranboyda milli dəyərimiz olan bayrağımız dalğalanmır. Goranboy sakinləri bildiri ki, bu çox gənclərə və uşaqlara təsir edir.  Bayrağımızın rayonda dalğalanmasına görə onlara heç bir izah verilə bilmir.

Qeyd edək ki, 15 iyun  Gurtuluş günundə də bayrağımız asılmamışdı. Rayon rəhbərliyi bu məsələdən xəbərdar olsada sadəcə susqunluq nümayiş etdirir.

Rayonun  2019-cu uldən icra başçsı olan  Məhərrəm Quliyev  işlədiyi dövr ərzində elə bir ciddi işlərlə diqqət mərkəzində olmayıb.  Rayon sakinləri bildiri ki, bu illər ərzində yalnız öz ənənlərinə sadiq qalıb. Rayon mərkəzində yalnız təmir adı ilə işlər görülüb və bu işləriə ancaq iş adamlarının hesabına. Məhərrəm Quliyev  dalğanlmayan bayrağımıza biganəliyi başadüşülən deyil .  Bu Azərbaycan bayrağına bir məmurun göstərdiyi həqarətdirdeyə bildiriblər.

Məsələ ilə bağlı Goranboy rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Həmin görüntüləri  təqdim edirik:

Bu məqaləni paylaşın