“Moskvada qanunsuz miqrantlara qarşı əməliyyat – 500 nəfər həbs edildi”

8 Baxışlar
1 Min oxuyun

Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə genişmiqyaslı reydlər həyata keçirib.

Xüsusi.Tv xəbər verir ki, bu barədə məlumat komitənin rəsmi saytında yayımlanıb.

Reyd çərçivəsində şəhərin müxtəlif ərazilərində yerləşən kirayə evlər, hostel və ibadət məkanları yoxlanılıb. Yoxlamalar zamanı 400-dən çox əcnəbi vətəndaş saxlanılıb. Onların miqrasiya sənədləri və Rusiya Federasiyasının ərazisində olma qaydalarına əməl edib-etmədikləri araşdırılıb.

İstintaq məlumatına əsasən, sənədlərində ciddi uyğunsuzluqlar olan və miqrasiya rejimini pozan 25-dən çox şəxs barəsində inzibati tədbir görülüb və onların ölkədən çıxarılması ilə bağlı qərar verilib.

Eyni zamanda aparılan yoxlamalar nəticəsində federal axtarışda olan bir əcnəbi vətəndaşın da kimliyi müəyyən edilərək saxlanılıb.

İstintaq Komitəsi qeyd edib ki, bu cür reydlər gələcəkdə də davam etdiriləcək və qanunsuz miqrasiya hallarına qarşı mübarizə gücləndiriləcək.

Bu məqaləni paylaşın