Ukrayna Rusiyaya danışıqların yeni raundunu təklif edib

Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların növbəti raundunun keçirilməsini təklif edib.

“Xüsusi.Tv” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müvafiq təklif İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov tərəfindən səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir