Avtomobil loqosunun yerində DİN işarəsi – FOTOFAKT

Xüsusi.tv xəbər verir ki, Masazır dairəsi yaxınlığında qeydə alınan maraqlı görüntü izləyicilərimizin diqqətindən yayınmayıb.

Redaksiyamızın qaynar xəttinə daxil olan fotoda, dövlət qeydiyyat nişanı “77-VF-851” olan Ravon markalı avtomobil əks olunub.

Şəkildən açıq şəkildə görünür ki, avtomobilin istehsalçı markasının loqosu sökülərək, onun yerinə Daxili İşlər Nazirliyinin (DİN) loqosu yapışdırılıb. Bu isə həm qanunla yolverilməzdir, həm də sürücünün məqsədli şəkildə dövlət qurumlarının adından istifadə etməsinə şərait yaradır.

Məsələ ictimaiyyətdə ciddi narahatlıq doğurur. Çünki belə halların qarşısı vaxtında alınmadıqda, bu cür sürücülər qanunsuz üstünlüklər əldə edə və ictimaiyyət arasında çaşqınlıq yarada bilərlər.

İnanırıq ki, Baş Dövlət Yol Polisi İdarəsi bu görüntü ilə bağlı dərhal araşdırma aparacaq və qanun çərçivəsində tədbirlər görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir