Xüsusi.TV-yə daxil olan məlumata görə, sosial şəbəkələrdə son günlər ən çox müzakirə olunan mövzulardan biri də qanunsuz kosmetoloji prosedurların kölgəsində gedən təhlükəli fəaliyyətlərdir.
Məsələ ilə bağlı yayılan video-faktlar sübut edir ki, özünü “kosmetoloq” kimi təqdim edən Nazlı adlı şəxs heç bir tibbi savad və ali təhsilə malik olmadan insanlara müxtəlif prosedurlar tətbiq edir. dur ki, bu qanunsuzluğa özəl klinikalar şərait yaradır.Xüsusilə, “Aspera Clinic” adlı mərkəzdə bu xanıma prosedur icra etməsi üçün imkan verildiyi iddia olunur.
Beləliklə, klinika rəsmi lisenziya pərdəsi altında savadsız şəxslərin fəaliyyətinə “yaşıl işıq” yandırır.“Aspera Clinic” adının seçilməsi isə ayrıca qalmaqaldır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ölkədə fəaliyyət göstərən müəssisələr adlarında Azərbaycan dilinə üstünlük verməlidirlər. Amma görünən odur ki, klinika nə dövlət dilinə, nə də milli dəyərlərə hörmət qoyur. Bu, açıq-aşkar qanuna və milli kimliyimizə hörmətsizlikdir.
Nazlı xanım sosial şəbəkələrdə geniş reklam kampaniyaları aparır. Ancaq yayılan məlumatlara görə, o, reklam vergisi ödəmədən yüksək izlənmə qazanır. Bu isə həm dövlət büdcəsinə zərbədir, həm də onun qanunsuz fəaliyyətini daha da genişləndirməsinə şərait yaradır.
Tibbi savadı olmayan şəxsin insan üzərində prosedur aparması ağır nəticələrə səbəb ola bilər – allergik reaksiyalar, fəsadlar, hətta sağlamlığın itirilməsi riski qaçılmazdır.
Xüsusi.TV xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və Vergilər Xidməti dərhal araşdırma aparmalı, qanunsuz fəaliyyətə son qoymalıdır.
“Aspera Clinic” nümunəsi bir daha göstərir ki, həm dilimizə hörmətsizlik, həm də savadsız şəxslərin “kosmetoloq” adı altında fəaliyyətinə göz yumulması cəmiyyət üçün çox ciddi təhlükədir.




