“Sədərək”də qanunsuzluq: Yusif Qədimbəylinin mühafizəçiləri dövlət əməkdaşlarını döydülər (VİDEO)

“Azərbaycan Reallığı” xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzində xoşagəlməz hadisə baş verib. Məlumata görə, ticarət mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarına fiziki zor tətbiq ediblər.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə mühafizəçilərin agentlik əməkdaşlarına qarşı kobud davranış sərgilədiyi əksini tapıb.
İlkin məlumatlara əsasən, insidentə səbəb Dövlət Reklam Agentliyinin əməkdaşlarının ticarət mərkəzinin ərazisindəki reklam lövhələrini sökmək istəyi olub.
Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə agentlik nümayəndələri fiziki təzyiqə məruz qalaraq ərazidən uzaqlaşdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir