“Maajid” hoteldə ailəvi dəyərlərə hörmətsizlik – Qubada vətəndaş istirahətini zülmə çevrildi

Quba rayonunun Küsnətqazma kəndində fəaliyyət göstərən “Maajid” hotelin xidmətindən narazı qalan vətəndaş sosial şəbəkələrdə şikayətini paylaşıb.
Xüsusi.Tv “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, istirahət məqsədilə hotelə gedən vətəndaş orada ailəvi mühitin olmamasından və xidmət səviyyəsinin aşağı olmasından gileylənib.
“Təsəvvür edin, ailəvi istirahət üçün hotelə getmişik, amma yanımıza 10 nəfər kişi əyləşdiriblər. Bizim milli dəyərlərimiz var, bu isə ailəvi istirahət üçün çox narahat vəziyyətdir. Bir sözlə, ‘Maajid’ hotel ailə ilə getməyə uyğun yer deyil”, – şikayətçi bildirib.
Vətəndaş əlavə edib ki, oteldəki şərait də gözləntiləri doğrultmayıb:
“Otaq çox soyuq idi. Kondisioner var idi, amma pultunu tapa bilmədik. Soruşduqda dedilər ki, pultlar məhdud saydadır. Şikayətlərimizi hotelin menecerinə də bildirdik, amma heç bir reaksiya vermədi.”
Şikayətçi bildirib ki, ailəsi ilə birlikdə istirahətini yarımçıq qoyaraq hoteldən ayrılmaq məcburiyyətində qalıb:
“Bir sözlə, istirahətimiz bizə zülmə çevrildi. Bu da “‘Maajid’ hotelin xidməti.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir