Vüsal 300 müəmmalı şəkildə azadlığa çıxdı

Bir müddət əvvəl həbs edilən və ictimaiyyətdə “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb.
Məlumata görə, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunurdu. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülsə də, gözlənilmədən azadlığa buraxılması cəmiyyətdə müəmmalı və mübahisəli reaksiyalara səbəb olub.
“Xüsusi.Tv” xəbər verir ki, bir neçə gün öncə onun həbs olunması xəbəri sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. Paylaşımlardakı çoxsaylı şərhlərdən aydın olurdu ki, onun fəaliyyətindən zərər çəkmiş çoxsaylı vətəndaşlar var.
Buna baxmayaraq, Vüsal Abbasovun qısa müddətdə azadlığa buraxılması həm ictimaiyyətdə, həm də zərərçəkənlər arasında təəccüb və suallar doğurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir