Xırdalandakı “Hermes Hotel Villa” ilə bağlı şikayət: “Nə diş fırçası var, nə salfetka, üstəlik post-terminal da yoxdur!”

Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 61 ünvanında yerləşən və “Hermes Hotel Villa” kimi fəaliyyət göstərən məkandan “Azərbaycan Reallığı”na şikayət daxil olub.
Şikayətçi bildirir ki, məkana daxil olduqda qapının əsas girişində onu uzun müddət gözlədiblər. Daha sonra 12 saatlıq qalmaq üçün 50 manat ödəniş tələb olunub. Müştəri ödənişi post-terminal vasitəsilə etmək istəsə də, terminalın olmadığını öyrənib. Ona yalnız nağd şəkildə və ya kartdan-karta ödəniş təklif edilib.
Şikayətçi otağa daxil olduqdan sonra xidmət səviyyəsindən də ciddi narazılığını ifadə edib:
“Otaqda ən adi gigiyenik vasitələr belə yox idi – nə diş fırçası, nə də ayaqyolu salfetkası. Zəng edib istəyəndə isə personal kobud şəkildə ‘bizdə belə şey olmur’ cavabını verir”.
Müştərinin sözlərinə görə, insanlar həftədə bir dəfə dincəlmək və rahatlıq tapmaq üçün bu cür məkanlara üz tutur, lakin ödədikləri məbləğ qarşılığında minimal xidmət belə göstərilmir:
“12 saata 50 manat ödəyirsən, üstəlik içki, çay, su və yemək kimi əlavələr üçün daha çox pul xərcləyirsən. Amma qəpik dəyərində olan diş fırçası və salfetka belə otaqda yoxdur. Bu, həm müştəriyə hörmətsizlikdir, həm də ölkə imicinə xələl gətirir”.
Narazı vətəndaş əlavə edib ki, məkanda post-terminalın işlədilməməsi həm də vergi öhdəliklərindən yayınmaq ehtimalını artırır:
“Yaxşı, bunu anladıq, bəs bu qəpik dəyərində gigiyenik vasitələri niyə otaqlara qoymurlar?”
Şikayətçi məsələni ictimailəşdirərək, aidiyyəti qurumların bu xoşagəlməz halları nəzarətə götürməsini xahiş edib.
Qarşı tərəfin də mövqeyini tanıyırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir