“Filialsız akademiyada 1 milyonluq ‘pul çırpınması’: Fuad Hacıyevin tender imperiyası” – YENİ !

“Xüsusi” xəbər verir ki, Fuad Hacıyevin rektor olduğu Azərbaycan İdman Akademiyası” PHŞ-nin bu il ərzində bağladığı tenderlərlə bağlı 32gün.az araşdırma aparıb.

Heç bir rayonda, bölgələrdə filialı olmayan Akademiya  bu il ərzində müxtəlif tenderlər üzrə 1 milyon manatdan çox vəsait xərcləyib.

2025-ci il üçün Akademiyada 7,284 tələbə təhsil alır, onlardan 771 nəfəri qızdır. Akademiyada 297 professor-müəllim çalışır, o cümlədən 4 elmlər doktoru, 34 elmlər namizədi-professor, 9 professor, 20 elmlər namizədi dosent, 20 dosent, 293 müəllim və baş müəllim fəaliyyət göstərir.

Bağlanmış tender müqavilələrinin siyahısını təqdim edirik: Toyota Absheron Center MMC – Toyota avtomobillərinə servis xidməti – 1.250,35 AZNTransevrokom MMC – 400 mb/s optik internet xidməti – 22.800 AZNULTRA TECHNOLOGİES MMC – Maşın və avadanlıqlar – 250.559,43 AZNTC2 Labs LLC – TC2-19 Body Scanner üçün 1 illik lisenziya – 4.250 AZNOFİS-A.M. MMC – Tədbirlərdə istifadə üçün içməli su – 4.307 AZNPREMYER PRODAKŞİN MMC – Novruz bayramı tədbiri – 10.453,62 AZNKONVEN MMC – Qazanxana və havalandırma sistemlərinin servisi – 47.270 AZNFİRE GROUP MMC – Yanğından mühafizə xidməti – 4.224,99 AZNCARGO.AZ MMC – Təmizlik xidməti – 1.000 AZNAzərinşaatlayihə Dövlət Baş Layihə-konstruktor və Texnoloji İnstitutu – Liftin metal konstruksiyasının müayinəsi – 15.200 AZNAZ Texno Engineering MMC – Qazanxana üçün su nasosu – 2.501,6 AZNVIVA MEDICAL GROUP MMC – Tibbi avadanlıqlar və sərfiyyatlar – 72.154,71 AZNSİNAM MMC – SERP proqram təminatına texniki dəstək – 16.992 AZNNUR-E.A. MMC – Mətbəə məhsulları – 56.425,6 AZNTEXNOPARK AS MMC – İdman malları – 68.814,06 AZNEducation in Azerbaijan MMC – Xarici tələbələrin cəlb olunması və beynəlxalq əlaqələr – 103.250 AZNTikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – Ekspertiza işləri – 1.011,38 AZNPLAGİAT.PL MMC – Plagiat yoxlaması və texniki dəstək – 4.838 AZNAzpetrol Ltd. MMC – Yanacaq alışı – 54.400 AZNMAİN SUPPLY MMC – İzolyasiya malları – 12.388,94 AZNBEST TECH MMC – Kartric, toner və ehtiyat hissələri – 61.554,7 AZNOFİS-A.M. MMC – Bədii tərtibat işləri üçün elementlər – 14.956,5 AZNFiruzə Əsgərzadə – Güllər – 3.700 AZNTenderlər üzrə ümumi xərclənən məbləğ: 1.035.048,38 AZN.Bu qədər böyük vəsaitin hansı meyarlarla paylanması, hansı şirkətlərə verilməsi hələ də açıqlanmır.

Akademiyada filialın olmaması, tələbə sayı ilə müqayisədə bu xərclərin miqyası ciddi suallar doğurur.*Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.

Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir