“Kontakt Home Nərimanov filialı: Məsuliyyətsiz işçilər günü darmadağın etdi”

“Azərbaycan Reallığı” xəbər verir ki, vətəndaş Gülbar Eyvazova “Müştəriyəm, Şikayətim var” Facebook səhifəsində Kontakt Home ilə bağlı narazılığını paylaşıb.Bugün Nərimanov filialına telefon almaq üçün yaxınlaşdıq.

Telefonun yanında 18 ay faizsiz ödəniş qeyd olunmasına baxmayaraq, işçilər bizə 12 ay faizsiz, 18 ay isə faizlə ola biləcəyimizi dedilər. Halbuki digər etiketlərdə 6-12 ay yazılsa da, bu telefonda 18 ay faizsiz qeyd edilmişdi.

İki ədəd telefon almaq istədik, amma dedilər ki, burada yalnız vitrin nümunəsi var. Ukrayna dairəsində isə iki ədəd bağlı mal var imiş. Sual verdik ki, bu bağlı maldır? Cavab: bəli, iki ədəd var, başqa rəngdə isə yoxdur.

Ödənişi edib telefonu götürmək üçün digər filiala yaxınlaşdıq. Telefonlardan biri bağlı idi, digəri isə vitrin nümunəsi və üzərində ləkə-cızıqlar var idi. Qaytarmaq istədik, amma eyni modelin başqa rəngi bağlı halda var idi və onu dəyişdirdik.

Telefonu Birkartla almışdıq, lakin kart üzərimizdə deyildi. İşçilərə soruşduq: “Kart sahibi burda olmalıdır, yoxsa telefon NFC ilə alına bilər?” Cavab: “Xeyr.” Kart sahibi gəldi, amma sonradan məlum oldu ki, kart və sahibi əslində tələb olunmurmuş.

Belə məsuliyyətsiz və işini bilməyən işçilər bir ünvanda işləməməlidir. Xahiş edirik, işçilərə işi öyrədib, təlim keçdikdən sonra işə götürəsiniz.

Bütün günümüz yollar və boşuna vaxt itkisi ilə keçdi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir