“AZZA” tortundan zəhərlənmə olub? – İDDİA

“AZZA Gastronom” şirniyyat şirkəti ilə bağlı şikayət paylaşılıb.

Oxu.Az xəbər verir ki, sözügedən paylaşım sosial şəbəkədə müştərilərin olduğu qrupda yer alıb.

Gizli profildən paylaşım edən vətəndaş iddia edir ki, “AZZA Gastronom”dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak olunub:

“Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz”.

Qeyd edək ki, paylaşımın şərh bölməsində müştərilər görüntülərdə divarların nəm olduğunu və bunun da birbaşa saxlama qaydasına mənfi təsir etdiyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir