Nənə, baba və azyaşlı nəvə dəm qazından zəhərləndi – Ölən var – Yenilənib

Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

Xüsusi.Tv xəbər verir ki, bu gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əlisultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əlisultanov yaşadıqları Əniq kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlisultanov hadisə yerində ölüb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.

***

Qusar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsi ilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Qeyd edək ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir