Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 36 il ötür

Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Azadlığın 20 Yanvardan başlanan yolu” adlı tədbir keçirilmişdir. 

Xüsusi.Tv xəbər verir ki  tədbir zamanı 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olundu. 

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. 

Qeyd edək ki, tədbirin ssenari müəllifi və rejissoru Xalq artisti Qabil Quliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir