Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Xüsusi.Tv xəbər verir ki, ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.








