“İstanbul” otelin qarşısında qanunsuz parklanma gündəlik hal alıb – FOTOLAR

Nərimanov rayonunda piyadalar üçün nəzərdə tutulmuş səkinin avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı növbəti müraciət daxil olub.

Patrul.az-ın qaynar xəttinə ünvanlanan müraciətdə vətəndaş bildirir ki, Atatürk prospektində yerləşən obyektlərdən birinin qarşısında avtomobillər mütəmadi olaraq birbaşa səkinin üzərində saxlanılır. Qeyd olunur ki, bu hal təsadüfi xarakter daşımır və demək olar hər gün təkrarlanır.

Vətəndaşın sözlərinə görə, avtomobilləri saxlayanlar arasında yalnız kənar sürücülər deyil, ərazidə fəaliyyət göstərən obyektin əməkdaşları da var. Bu isə problemin davamlı xarakter aldığını göstərir.

Bildirilib ki, sözügedən ərazi avtomobil parklanması üçün nəzərdə tutulmayıb və piyadaların hərəkəti üçün ayrılıb. Buna baxmayaraq, yol hərəkəti və şəhərsalma qaydalarının pozulması halları davam edir.

Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyətə nəzarət etməsi, eləcə də piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir